Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək – “Prezident Kuboku-2025” beynəlxalq reqatasında

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Əyləncəli proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Həmçinin, sakinlərə avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı yaradılacaq.

Proqram aprelin 28-də Köndələnçay su anbarında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button