“Füzuli Məmmədova görə UEFA-ya müraciət edəcəyik”
Bu gün “İdman” TV və Azərbaycan Radiosunun ortaq yayımında “Extra Time” verilişinin növbəti canlı yayımı reallaşıb.
Komanda.az xəbər verir ki, İlkin Babanın qonağı AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov olub. Aslan Kərimov koronavirus səbəbindən PRO lisenziya kurslarına qatıla bilməyən “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov üçün UEFA-ya müraciət edəcəklərini deyib.
*Mən indi də məşqçi olmaq istəyirəm.
*Bəzi məşqçilər lisenziya kağızı üçün oxuyur, karyera üçün yox.
*Bu ildən PRO lisenziyasını də təqdim edə bilərik.
*Məşqçi yetişdirmək istəməyən klub uğur qazana bilməz.
*Heç bir məşqçi kursda yetişə bilməz.
*Füzuli Məmmədova görə UEFA-ya müraciət edəcəyik.
*İbrahim Üzülməz B lisenziyasını Bakıda alıb.
Bizi Facebook-da izləyin