Füzuli Məmmədov və Ceyhun Sultanov istefa verdi RƏSMİ
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov və Ceyhun Sultanov istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər. Sultanov və Məmmədov bununla bağlı “Neftçi” PFK-nın rəhbərliyinə müraciət ediblər və onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Füzuli Məmmədov bu ilin əvvəlindən “Neftçi”ni çalışdırırdı.
“Neftçi” hazırda Premyer Liqada 14 xalla 4-cü sıradadır. “Ağ-qaralar” son turda “Qarabağ”a doğma meydanda 0:6 hesabıyla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin