Azərbaycan millisi ilə oyunu qardaş qırğınına bənzətdi
Futzal üzrə Gürcüstan millisinin üzvü Roninyo Avropa çempionatındakı çıxışları ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Belçikanın “Halle Goik” komandasında oynayan futzalçı Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyundan (3:2) da danışıb:
“Eyni klubda çıxış etdiyim Edu azərbaycanlıların heyətində yer almışdı. Bu bir az qardaş qırğına bənzəyirdi. Əvvəlcədən gülə-gülə dedik ki, hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi”.
Gürcüstan yığması Avropa çempionatının 1/4 finalında Rusiyaya uduzub. Azərbaycan millisi isə qrupdan çıxa bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin