DÇ-2020: Azərbaycan millisinin potensial rəqibləri bilindi

Futzal üzrə DÇ-2020-nin əsas mərhələsinə yekun vurulub.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bununla da, elit-raunda vəsiqə qazanmış komandalar müəyyənləşib. İlkin mərhələdən mübarizəyə başlamış komandalardan Finlandiya və Belarus elit-raunda yüksəlməyi bacarıb.

Elit-raundun püşkü noyabrın 7-də, saat 17:15-də Nyonda atılacaq. Hər qrupda əsas mərhələni 1-ci pillədə başa vurmuş iki, eyni zamanda ikinci pillədə qərarlaşmış iki komanda yer alacaq. Bu mərhələnin oyunları gələn il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.

Azərbaycan millisi ilə yanaşı, Belarus, Çexiya, Xorvatiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna da elit-raunda adlayıb.

Azərbaycan millisi əsas mərhələdə yer aldığı 3-cü qrupda Moldovanı 3:1, Monteneqronu 3:2, Slovakiyanı isə 2:0 hesabı ilə məğlub edib və qrupu lider tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button