Azərbaycan – Yunanıstan matçının hakimləri açıqlandı
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində, aprelin 14-də Bakı İdman Sarayında Yunanıstan yığması ilə oyununu idarə edəcək hakimlər açıqlanıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Yaroslav Vovçok olacaq.
Avropa çempionatı, seçmə mərhələ
14 aprel
19:00 Azərbaycan – Yunanıstan
Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)
Timekeeper: Hikmət Qafarlı (Azərbaycan)
Hakim-inspektor: Andreas Demetriou (Kipr)
Bakı İdman Sarayı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin