Azərbaycan millisi qrup liderliyini təmin etdi

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Slovakiya ilə qarşılaşıb. Levice şəhərindəki Levice idman zalında keçirilən qarşılaşmaya saat 18:00-da start verilib.

3-cü qrupda yer alan Azərbaycan yığması 4 oyundan sonra maksimum nəticə toplayaraq, 12 xalla lider idi. Slovakiya isə 7 xalla 2-ci sırada yer almışdı. Millimiz bu rəqibi ilə görüşdə məğlubiyyətdən son saniyələrdə qurtula bilib. Halbuki, futzalçılarımız Bakıda bu komandanı 4:1 hesabıyla məğlub etmişdilər.

Moldova yığması 4 xalla 3-cüdür. Qrupun sonuncusu isə Yunanıstandır – 0 xal.

Futzal, AÇ-2022, seçmə mərhələ, 3-cü qrup

8 aprel

Slovakiya – Azərbaycan 1:1
Qol: M.Doşa, 15 – Qalo, 40.
Hakimlər: Kirill Nayşuller, Arttu Kyunyaryaynen, Martin Matula (Slovakiya)

Slovakiya: 2. Marek Karpiak (q), 5. Qabriel Rik, 9. Peter Kozar (k), 10. Martin Doşa, 16. Tomaş Drahovski, 1. Milan Herko (q), 3. Duşam Rafay, 4. Peter Serbin, 7. Martin Smerçka, 8. Martin Zdrahal, 12. Marek Belanik, 13. Anton Brunovski, 14. Matuş Çevçik, 15. Voyex Turek.
Baş məşqçi: Marian Berki.

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 1. Emin Kürdov (q), 19. Cavad Məmmədov (q), 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button