Azərbaycan millisi slovaklara da qalib gəldi

Futzal üzrə DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Slovakiya yığması ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyun saat 20:00-da başlayıb.

Azərbaycan millisi daha əvvəl Moldovanı (3:1) və Monteneqronu (3:2) məğlub edərək, elit raunda vəsiqəni təmin etmişdi. Bu oyunda da qalib gələn yığmamız növbəti mərhələyə qrup qalibi kimi yüksəlib.

Futzal, DÇ-2020, əsas mərhələ

26 oktyabr

Azərbaycan – Slovakiya 2:0
Qol: Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çerni (Çexiya), İnqus Purins (Latviya), İnqo Himsot (Almaniya).

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 6. Eduardo, 10. Vassura, 13. Amir Şocaei.
Ehtiyat oyunçular: 1. Elnur Zamanov, 5. Vahid Şafiei, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14. Hadı Ahmadi, 17. İsa Atayev, 20. İsaq Soorqali.
Baş məşqçi: Joze Alessio Da Silva.
Slovakiya: 12. Oberman, 3. Rafay, 5. Rik, 7. Smeriçka, 16. Drahovski.
Ehtiyat oyunçular: 1. Herko, 4. Çerovski, 6. Şevçik, 8. Hudek, 9. Kozar, 10. Zatoviç, 11. Kyjovski, 13. Doşa, 17. Kristofik.
Baş məşqçi: Marian Berki.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button