Azərbaycan millisinin üzvü Qazaxıstan klubu ilə razılaşdı

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı futzalçı “Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə may ayına qədər anlaşıb.

“Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button