Azərbaycan millisinin üzvü Belçika klubunda
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Eduardo Borqes karyerasını Belçikada davam etdirəcək.
Komanda.az xəbər verir ki, Borqes, “Halle Qooik” klubuna transfer olunub. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunun uğurları üçün çalışan müdafiəçi bu dəfə Belçikanın iddialı komandası ilə anlaşıb. Borqes, qarşıdakı 1 ili “Halle Qooik”in heyətində keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin