“Mərhələ adlamaq üçün yaxşı şansımız var”

Futzal üzrə UEFA Çempionlar Liqasının 2019/20-ci il mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, bu turnirdəki Azərbacyan təmsilçisi “Araz” əsas mərhələdə “Benfika” (Portuqaliya), “Halle Qooik” (Belçika) və “Xerson” (Ukrayna) klubları ilə Belçikada qarşılaşacaq.

“Araz”ın baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının rəsmi saytına püşkü dəyərləndirib:

“Çətin qrupda yer aldığımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidir, özü də onlar pley-off oyununda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər. Nəticələrə əsaslanıb, “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadır.

“Halle Qooik” ardıcıl 3 mövsümdür ki, Belçika çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də, qrup oyunlarına ev sahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit hesab edilən “Uraqan”ı “taxt”dan saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadır”.

Braziliyalı mütəxəssis komandasının şanslarını da yüksək qiymətləndirib:

“Mərhələ adlamaq üçün yaxşı şansımız var. Çünki əvvəlki 2 ildən fərqli olaraq bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölcüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdır. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button