Azərbaycan millisi son oyununda məğlub oldu

Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.

Komanda.az xəbər verir ki, Jose Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Qazaxıstan yığması ilə qarşılaşıb. Bu oyun ən azı bürünc medalçının kimliyini müəyyənləşdirmək baxımından vacib idi. Hətta Rusiya – İran oyununda ikincilər məğlub olacağı təqdirdə, Azərbaycan millisi qələbə qazanmaqla, gümüş medalı da əldə edə bilərdi.

İstənilən halda, mükafatçılar sırasına düşmək üçün Azərbaycan millisi bu dueldə yenilməməli idi. İlk iki oyunda ardıcıl sarı vərəqə alan Vassora görüşü buraxırdı. Onun yoxluğunda baş məşqçi Joze Alesio Da Silva “5-lik”də Rizvan Fərzəliyevə yer vermişdi. İsa Atayev də zədəli olduğuna görə matçı ehtiyatdan izləyirdi.

Görüş Azərbaycan millisinin 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. İkinci dəfə təşkil edilən Caspian Cup turnirində Azərbaycan millisi sonuncu pilləni tutub.

Azərbaycan millisi turnir çərçivəsində bundan əvvəl 2 oyun keçirmişdi. Rusiya yığmasına 1:2 hesabıyla uduzan milli, İranla qollu bərabərə qalmışdı – 2:2.

Caspian Cup-2019

25 sentyabr

Azərbaycan – Qazaxıstan (0:4) 2:5
Hakimlər: Yuri Neverov, Vladimir Kadıkov, Qriqori Zelençov
Qollar: T. Thaqo, 26:04, Eduardo, 36:20 // C. Yesenamanov, 02:45, T. Thaqo, 12:30 (ö/q), B. Orazov, 17:30, Duqlas, 19:42, 27:27
Sarı vərəqələr: A. Akbalikov, 04:39, D. Nurqojin, 20:47

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 2. Eduardo Borges, 3. Teles Thaqo, 8. Rizvan Fərzəliyev (k), 13. Cardoso Everton, 1. Emin Kürdov (q), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto
Baş məşqçi: Joze Alesio Da Silva

Qazaxıstan: 2. İqita (q), 3. Dauren Nurqojin, 4. Ariold Knaub, 14. Duqlas, 15. Azat Baliulin, 1. Salaut Bayraliev (q), 8. Dinmuhambet Suleymanov (k), 9. Albert Akbalikov, 12. Bolat Sarbasov, 16. Alişer Sarsenbaev, 17. Birjan Orazov, 20. Cinqiz Yesenamanov
Baş məşqçi: Kaka

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button