“İnanıram ki, şans bizim tərəfimizdə olacaq” – İsa Atayev
Futzal üzrə Azərbaycan milli komandasının üzvü İsa Atayev Avropa çempionatında İspaniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan Atayev, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Çox çətin oyun oldu. Gürcüstana 2:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmada baş məşqçi mənə şans vemədi. Onun fikirlərinə hörmətlə yanaşırıq. Üçüncü matça tam hazır heyətlə çıxacağıq. İki oyunçumuz koronavirusa görə bizə qoşula bilməmişdi. Heyətimiz də tam deyildi. Üçüncü matçda qələbə qazanacağımıza ümid edirəm. Hələlik qrupdan çıxmaq üçün şansımız var. İnanıram ki, şans bizim tərəfimizdə olacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin