Futzal: Meydana çıxmayan komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi “Record club” futzal komandasına texniki məğlubiyyət verib.

Komanda.az xəbər verir ki, buna komandanın “Baku Fire” ilə görüşdə meydana çıxmaması səbəb olub.

Yüksək Liqa təmsilçisi 0:5 hesablı texniki məğlubiyyət alıb.

Futbol üzrə Yüksək Qızlar Liqasında isə “Şəmkir” komandası eyni halla üzləşib. Bölgə klubunda “Araz-Naxçıvan”la matçda protokolda qeyd olunmuş oyunçu əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynayıb. Buna görə “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button