Futzal: Oyunlar sükutla başlayacaq

Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunlarının məkanı dəyişdirilib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, qarşılaşmalar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, “Olimpik Star”da təşkil ediləcək.

Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Oyunlar 9, 10 və 12 fevralda baş tutacaq.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button