Futzal: 4-cü dövrə start götürəcək

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü dövrəyə start veriləcək.

Komanda.az xəbər verir ki, 16-cı turun ilk matçında “Neftçi” İK “Baku Fire” ilə üz-üzə gələcək.

Ardınca son çempion “Araz-Naxçıvan” “Yasamal Bakı”nı sınağa çəkəcək.

Tura U-19 – “Record club” qarşılaşması ilə yekun vurulacaq.

“Araz-Naxçıvan” 40 xalla liderdir. “Baku Fire” 33 xalla ikinci, “Neftçi” İK 32 xalla üçüncü pillədə qərarlaşıb. “Yasamal Bakı”nın 14, U-19-un 6, “Record club”un 4 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button