“Futbolu tərk etmək üçün çox səbəblərim var idi”

“Barselona”nın yarımmüdafiəçisi Rafinya karyerası ərzində yaşadığı problemlərdən danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu futbolu tərk etmək üçün çox səbəblərinin olduğunu bildirib:

“Uğurlu bir karyeraya sahib olmaq istəyirsizsə, heç vaxt təslim olmamalısız. Vaz keçmək, futbolu tərk etmək və başqa həyata başlamaq üçün çox səbəblərim var idi. Bu, sizi məhv edən bir peşədir. Özünə baxmasan, futbol səni məhv edər. Depressiyaya düşə və hər şeydən vaz keçə bilərsiz”.

Rafinya İspaniya çempionatının cari mövsümündə 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button