“Futbolu sevməyi dayandırmamışam, amma…”

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə “ayın oyunçusu” mükafatını qazanan “Everton”un vingeri Cek Qriliş sabiq komandası “Mançester Siti”dəki çıxışına da toxunub:

“Futbolu sevməyi dayandırmamışam, amma ondan əvvəlki qədər zövq almırdım. “Everton”da yenidən o hissi yaşamaq istəyirəm. Meydanda daha çox vaxt keçirməyi səbirsizliklə gözləyirəm”.

30 yaşlı futbolçu “Everton”da icarə əsasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button