Futboldan ömürlük uzaqlaşdırıldı – Oyuncaq tapançaya görə

Macarıstanlı futbolçu Kristian Tot ömürlük futboldan uzaqlaşdırılıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bunun səbəbi Totun əvəzedici liqada meydançanın kənarında silahla dayanması olub.

Qarşılaşmanın köməkçi hakiminin atası sosial şəbəkədə meydançada silahlı futbolçunun fotosunu görüb. Daha sonra Macarıstan Futbol Federasiyasına insident barədə məlumat verilib. Kristian Tota qarşı təqib və hədələmə maddələri ilə cinayət işi açılıb. Oyunçu məsələ ilə bağlı açıqlama da verib:

“Hərəkətlərim zarafat idi. Heç kimi incitmək istəmirdim. Silah meydandakı futbolçulardan birinin oğluna məxsusdur və sadəcə, plastik oyuncaqdır. Xüsusi bir şey yoxdur. O an ağlıma belə gəlmirdi ki, ehtiyatsız zarafatın nəticələri nə ola bilər. Dərhal peşman oldum. Çox üzr istəyirəm. Başqalarına, özümə və idmana problem yaratmaq son dərəcə axmaqlıq idi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button