Futboldan ömürlük uzaqlaşdırılan Seyidov AFFA-nı məhkəməyə verib
“Keşlə”nin keçmiş futbolçusu Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verib.
Komanda.az xəbər verir ki, veteran futbolçu ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə üz tutub.
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Mirhüseyn Seyidov 2017-ci ildə AFFA-nın İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin