“Ən nifrət edilən futbolçulardan olduğumu bilirəm” – Alba
İspaniyanın “Barselona” klubunun futbolçusu Jordi Alba açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi bunları deyib:
“Futbolda ən nifrət edilən futbolçulardan olduğumu bilirəm, amma bu, mənim oyun tərzimdir. Bu, məni bu gün olduğum yerə gətirdi. Anlayışlı və hər şeyə dəyər verən insanam, amma bəzən əsəb pozucu olduğumu da bilirəm.
Bir az çətin oldu, amma hazırda çempionluq üçün mübarizə aparırıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin