Futbolda “yaxşı oğlan” olmur, yaxşı futbolçu olur, Veysəl əfəndi!

Rəşad Ergün

“Turan Tovuz”un futbolçusu Veysəl Rzayevin tovuzlu azarkeşlərin olduğu tribunaya hücum çəkməsi onu göstərir ki, azərbaycanlı oyunçular nə peşəkarlıq bilirlər, nə də özlərini apara bilirlər. Hər şeyləri oynadıqları futbol kimidir.

“Lester”in hücumçusu Ceymi Vardi var, azarkeşlər adamı həyatdan bezdirmişdilər, hətta ailəsini təhdid edirdilər. Həmin Vardi heç vaxt azarkeşlərə hücum çəkmədi, həddini aşmadı. Bombardirlik keyfiyyətləri ilə “Lester”ə İngiltərə çempionluğu qazandıran biri e! Sən futbolçu kimi heç Vardinin butsusunun qazandığını qazanmamısan, “Turan Tovuz”a, tovuzlu azarkeşlərə də hələ ki, nə çempionluq, nə kubok, nə avrokuboka vəsiqə vermisən. Bu nəyin hirsi-hikkəsidir, Rzayev?

Futbolda “yaxşı oğlan” olmur, yaxşı futbolçu olur. İncəvara, xətrinə dəyə bilər, amma yenə də, soruşum, sizin hansınız yaxşı futbolçusuz, Veysəl əfəndi?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button