
“Hücumçu ya ən sevilən, ya da, ən nifrət edilən personajdır”
“Barselona”nın futbolçusu Ferran Torres hücumçu kimi oynamağın müsbət və mənfi cəhətlərindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Futbolda hücumçu çox vaxt ya ən sevilən, ya da, ən nifrət edilən personajdır. Bu, yaxşıdır. Mən hər ikisini yaşadım və bu, özümü sübut etmək, çox çalışmaq üçün əlavə motivasiya verir”.
“Valensiya”nın yetirməsi olan 25 yaşlı futbolçu 2022-ci ildə “Mançester Siti”dən “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin