“Fənərbaxça”nın adı “Milan”la hallanan futbolçusundan açıqlama

“Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar “Milan”a transfer olunmaq ehtimalı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, slovakiyalı futbolçu “Milan”la heç bir danışığın aparılmadığını açıqlayıb:

“Milan”la heç vaxt danışmamışam, klubdan heç bir əlaqə olmayıb. Agentim də belə bir maraqdan xəbərsizdir. Amma futbolda heç nəyi istisna etmək olmaz. Heç vaxt “heç vaxt” demə. Görək, gələcəkdə nə baş verəcək”.

30 yaşlı futbolçu 2017–2023-cü illərdə “İnter”in şərəfini qoruyub. Daha sonra o, azad agent kimi PSJ-yə keçib. Bu ilin yayında isə “Fənərbaxça” onu Paris klubundan 6 milyon avroya transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button