
“Müasir futbolda belə nağılların olması çox gözəldir” – Özil
Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Məsut Özil Mərakeş millisi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mərakeş yığmasının dünya çempionatının yarımfinalına vəsiqə qazanmasını böyük uğur adlandırıb:
“Sadəcə, qürur! Afrika və müsəlman dünyası üçün böyük nailiyyətdir. Müasir futbolda belə nağılların hələ də olması çox gözəldir”.
Mərakeş millisi DÇ-2022-nin 1/4 finalında Portuqaliyaya qalib gələrək (1:0), yarımfinala yüksəlib. Növbəti mərhələdə onların rəqibi Fransa millisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin