Futbolda 5 əvəzetmə qaydasının müddəti artırıldı – RƏSMİ

Koronavirus pandemiyasına görə dünya futbolunda bu mövsüm üçün icazə verilən 5 əvəzetmə qaydasının tətbiq olunma müddəti artırılıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 5 əvəzetmənin növbəti mövsümdə də tətbiq olunacağı elan olunub. Bu il mayın 8-dən qüvvəyə minən xüsusi güzəşt 2021-ci ilin 31 iyuluna kimi qüvvədə olacaq. Lakin yenə də hər liqanın rəhbərliyi özü qərar verməkdə müstəqil olacaq. Oyun ərzində 5 əvəzetmə yenə 3 dəfəyə həyata keçiriləcək.

FİFA bəyan edib ki, bu qərar 2021-ci ildə keçirilməsi nəzərdə tutulan milli komandaların oyunlarına da aiddi. Xüsusi icazə sayəsində AÇ-2020-də və Amerika Kubokunda komandalar 5 oyunçu dəyişikliyindən istifadə edə biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button