Futbolçusunu müdafiə etdi – “Onu haqsız tənqid edirlər”
İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmanın və “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets haqda fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Enrikenin fikrincə, 33 yaşlı ispan futbolçu tez-tez haqsız tənqidlərə məruz qalır:
“Buskets müstəsna oyunçudur. Çox vaxt onu haqsız tənqid edirlər, çünki üzünüz uzun müddət görünəndə sizdən bezirlər. İstəyirəm ki, Serxio İspaniya millisinin lideri olmağa davam etsin. Buskets istədiyi qədər oynaya bilər. Bu, çox, çox vacibdir. Mən ona daha çox istirahət verərdim, amma komandanın xeyrinə bunu edə bilmirəm”.
Buskets ötən mövsüm “Barselona”nın heyətində 50 oyuna çıxıb və 3 qol vurub. Yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin