Futbolçusunu Çexiya klubuna satdı – “Qarabağ”ın rəqibi
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Lex” (Polşa) futbolçusu Yan Sikora ilə yollarını ayırıb.
Komanda.az Poznan təmsilçisinin rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, 29 yaşlı yarımüdafiəçi Çexiyanın “Viktoriya” (Plzen) klubuna keçib. Çexiyalı futbolçu ötən mövsüm icarə əsasında “Viktoriya”nın formasını geyinib.
“Lex” Polşadakı ilk oyunda “Qarabağ”a qalib gəlib – 1:0. Cavab matçı iyulun 12-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin