Türk futbolçunun “Milan”dan nə istədiyi məlum oldu
İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmaq istədiyini xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun yeni müqavilə üçün tələb etdiyi məbləğ bəlli olub. Məlumata görə, türkiyəli futbolçu yeni müqavilə ilə illik 6,5 milyon avro tələb edir. Bu barədə futbolçunun meneceri məlumat verib. “Qırmızı-qaralar” isə Çalhanoğluya illik 5 milyon avro təklif etmişdi.
Tərəflər arasında danışıqlar davam edir. Futbolçunun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin