Futbolçunu dodağından öpən keçmiş prezident hava limanında saxlanılıb
İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales İspaniyada hava limanında saxlanılıb.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
Bundan əvvəl İspaniya prokurorluğu Rubialesin həbsinə order verib. Qərar Kral Futbol Federasiyasının binasında Səudiyyə Ərəbistanı ilə İspaniya superkubokunun ev sahibliyi hüquqlarının bu ölkəyə ötürülməsi haqda müqavilə işi ilə bağlı axtarış aparıldıqdan sonra verilib.
Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və “çirkli pullar”ın yuyulması əlamətlərinin olduğu vurğulanıb. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro qazanır.
Bundan əlavə, prokurorlar Rubialesə İspaniyanın qadın futbolçulardan ibarət millisinin oyunçusu Cennifer Hermosonu dodağından öpdüyünə görə 2,5 il həbs cəzası istəyib.
Bizi Facebook-da izləyin