
“Futbolçularla çox fəxr edirəm”
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasının Avropa Liqasının 1/4 finalında Frankfurt “Ayntraxt”a qarşı cavab oyunundakı çıxışını dəyərləndirib.
Londonlular səfərdə 1:0 hesabı ilə qalib gəlib və nəticədə turnirin yarımfinalına yüksəlib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis futbolçularla çox fəxr etdiyini bildirib:
“Futbolçularla çox fəxr edirəm, onlar əla iş gördülər. Bu, əlbəttə ki, bizim üçün, mövsümümüz və nail olmağa çalışdığımız hər şey üçün vacib matç idi”.
“Tottenhem” turnirin yarımfinalında “Bodo Qlimt”lə qarşılaşacaq. Bu matçlar mayın 1-də və 8-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



