“Sakit və səbrli olmalıyıq, onun gələcəyi var” – Zidan
İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan ölkə superkuboku çərçivəsində “Valensiya” ilə keçirəcəkləri oyundan əvvəl açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, qarşılaşmayla bağlı bunları deyib:
“Belə vacib bir turnirdə mübarizə apardığımız üçün xoşbəxtəm. Oyuna hazırıq, bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Hər oyun fərqlidir, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Həm hücum etməli, həm də yaxşı müdafiə olunmalıyıq. Bilirik ki, müdafiə xəttində güclü olsaq, hücumda rəqibə problem yarada bilərik. Futbolçuların hamısının hazır olmasını istəyərdim, amma təəssüf ki, bu, mümkün olmadı”.
47 yaşlı mütəxəssis, Luka Yoviçlə bağlı da danışıb:
“Onun 22 yaşı var və hələ də inkişaf edir, öyrənir. Onun burda parlaq gələcəyi var və çox şey qazanacağını bilirəm. Sadəcə 6 aydır ki, bizimlədir. Sakit və səbrli olmalıyıq, onun gələcəyi var”.
“Valensiya” – “Real” oyunu bu gün, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin