“Futbolçularımla fəxr edirəm” – “Fulhem”in baş məşqçisi
“Fulhem”in baş məşqçisi Marko Silva İngiltərə Premyer Liqasının 22-ci turunun “Çelsi” ilə görüşünü (0:0) dəyərləndirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “zadəganlar”la qarşılaşmanı derbi adlandırıb:
“Əsl derbi oldu. Oyundan əvvəl bilirdik ki, bizim üçün çox çətin olacaq. Matçın strategiyasını mükəmməl başa düşdük. İstək, arzu, birlik – hamısı komandamda var idi. Azarkeşlərimiz üçün özəl olan derbidə “Çelsi” ilə qarşılaşdıq.
Futbolçularımla fəxr edirəm. Fasilədə onlara dedim ki, intensivliyi qoruyub saxlamaq lazımdır. Oyuna yaxşı başladıq. Futbolçularım meydanda nə etdiklərini yaxşı bilir. Həqiqətən, biz özümüzə inanırıq”.
“Fulhem” hazırda turnir cədvəlində 32 xalla 7-ci, “Çelsi” isə 30 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin