“Futbolçularımıza çox rahat şəkildə vərəqə göstərirlər” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyunun şahidi olduq. Meydanda dinamik oyun getdi. Kubok matçlarını da nəzərə alsaq, 4 gündən bir oyun keçiririk. Heyətlə bağlı sıxıntılarımız olsa da, futbolçularım oyunları ilə bunu meydanda bizə yaşatmadılar. Onlara təşəkkür edirəm. Yaxşı komandaya məğlub olduq. Bu görüşü unudub, qarşıdakı matçları düşünməliyik.

Futbolçularımıza çox rahat şəkildə vərəqə göstərirlər. Ötən oyunda İqora verilən vərəqəyə baxın. Niyəsə hər zaman limitə yaxın olan futbolçularımıza bunu edirlər və onlar cəzalı duruma düşürlər. Həqiqəti həqiqət kimi göstərmək vacibdir. Bu neçə oyundur baş verir. Bu gün meydanda 20 futbolçu mübahisə edir, amma qırmızı vərəqə ancaq Santosa göstərilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button