“Futbolçularımız “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər” – “Linfild”in baş məşqçisi

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Şimali İrlandiyanın “Linfild” komandasının baş məşqçisi Devid Hili açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, Hili, Azərbaycan çempionu ilə görüşü səbirsizlikə gözlədiklərini bildirib:

“Komandamızın üzvləri paltardəyişmə otağında onlara dediklərimizi meydanda yaxşı icra edirlər. Futbolçularımız “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər.

Növbəti həftə klubumuz üçün böyük oyun oynaya biləcəyimiz üçün çox şadam. Əlbəttə, asan olmayacaq, amma biz hər dəqiqədən həzz alaraq oynayacağıq”.

“Qarabağ” pley-off mərhələsinin ilk oyununu avqustun 21-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button