“Futbolçuları qınaya bilmərəm” – Konte
“Tottenhem”in baş məşqçisi Antoni Konte UEFA Çempionlar Liqasının 1/8 finalının “Milan”la cavab matçını (0:0) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularını qınamadığını bildirib:
“İlk oyunda hər iki komandanın əsas oyunçuları yox idi. “Milan” onları cavab görüşündə heyətinə cəlb edə bildi.
İlk hissədə bəzi məqamlarda səbrimiz çatmadı. Görüşün ilk dəqiqəsindən qarşımıza qoyduğumuz vəzifə hücuma çıxmaq və yüksək təzyiq göstərmək idi. Lakin rəqib bunun öhdəsindən yaxşı gəldi. Futbolçuları qınaya bilmərəm. Çünki onlar əllərindən gələni etdilər.
Məncə, biz keçən mövsümlə müqayisədə xeyli yaxşılaşmışıq və daha da yaxşı olmalıyıq. Bütün diqqətimizi İngiltərə Premyer Liqasına yönəltməliyik. Cari mövsümü mümkün qədər yaxşı başa vurmalıyıq”.
İki oyunun nəticəsinə əsasən, “Tottenhem” “qırmızı-qaralar”a 0:1 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin