“Futbolçularıma çox tənqidi yanaşmaq istəmirəm” – Tuxel
Futbol üzrə Fransa kubokunun final qarşılaşmasında “Sent-Etyen”ə 1:0 hesabı ilə qalib gələn PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis, kuboku qazandıqları oyunla bağlı bunları deyib:
“Final oyunu hər zaman çətindir. Beş aydır oynamırdıq, “Sent-Etyen”in futbolçuları çox təzyiq göstərdi. Futbolçularıma çox tənqidi yanaşmaq istəmirəm. Belə oyun keçirmək asan deyildi, bizim üçün çox çətin oldu, amma finalın qalibi olduq. Qarşıda oyunumuzu təhlil edəcəyimiz, yaxşılaşdıra biləcəyimiz bir həftə var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin