“Futbolçularım zəhmətləri ilə bu nəticəyə layiqdirlər” – Millinin baş məşqçisi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə yüksələn komandasıı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Daliç, zəhmətləri hesabına bu nəticəyə nail olduqlarını bildirib:

“Paltardəyişmə otağında futbolçularıma dedim ki, onlar zəhmətləri ilə bu nəticəyə layiqdirlər. Xorvatiya millisi Millətlər Liqasında yaxşı oyunlar keçirdi, o cümlədən Portuqaliya ilə oyunun ikinci hissəsində. Məşqçilər heyəti ilə birlikdə bir neçə gənc futbolçunu heyətə cəlb etdik. Nəticə böhranımız olsa da, oyun böhranı yox idi”.

Noyabrın 22-də Nyonda (İsveçrə) Millətlər Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Turnirin bu mərhələsinin oyunları martın 20 və 23-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button