“Futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrim yoxdur”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komanda üzvləri ilə apardığı söhbətlər barədə danışıb.

Noyabr toplanışına dəvət alan futbolçular arasında Vinisius Junior da var. Braziliya millisi bu gün Seneqal yığması ilə yoxlama oyunu keçirəcək, ayın 18-də isə Tunislə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrinin olmadığını deyib:

“Bütün oyunçularla danışmalı idim. Onların nə düşündüyünü bilmək istəyirəm, ideyalarını eşitmək mənim üçün vacibdir. Futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrim yoxdur. Məqsədim hamının meydanda özünü rahat hiss etməsidir. Vinisiusla isə daha çox şəxsi məsələlərdən danışdıq, taktika mövzusuna toxunmadıq”.

Ançelotti yayda “Real”dan ayrıldıqdan sonra Braziliya yığmasının başına keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button