Futbolçuları “Səbail”, “Kəpəz” və “Şamaxı”nı ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Səbail” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı”nın 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Bu oyunda “Kəpəz”in də 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin