“Futbolçuları oyuna kökləmək çətin olur” – Füzuli Məmmədov

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında öncə bunları deyib.

“Oyun haqqında danışmaq hazırkı durumda çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Futbolçuları oyuna kökləmək çətin olur. Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuza qüvvət versin. Qarşıda daha yaxşı qələbə xəbərləri eşidəcəyimizə ümid edirəm və eşidirik”.

Məmmədov oyunla bağlı bunları bildirib: “Matç çətin oldu. Rəqibi analiz etmişdik. Futbolçular tapşırıqların öhdəsindən gəldilər. Onlar meydanda döyüşdülər”.

43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib: “Mert Çetinin oyun praktikası daha çox olduğu üçün ona şans verdik. Rener Alvesin çempionata və komandaya uyğunlaşmasına vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq. Mert Çelikin oyun praktikası yerindədir. Azərbaycanın U-21 yığmasında daim oynayır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button