“Futbolçulardan “mən” sözünü eşitmək istəmirəm”
İtaliya A Seriyasının son turunda “Kalyari”yə 3:0 hesabıyla qalib gələn “Milan”ın baş məşqçisi Cennaro Qattuzo, oyundan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, bu oyunda daha yaxşı çıxış etdiklərini deyib:
“Yaxşı oyun göstərdik, hesabı artıra da bilərdik. Təzyiq baxımından nəhayət, istədiyim kimi oynamağa başladıq. Hələ də əsas məqam müdafiə və hücum arasındakı balansdır. Əvvəllər biz bu iki mövqe arasında tarazlıq yarada bilmirdik, bu gün isə bu tarazlığı yaratdıq və komanda mənim istədiyim kimi çıxış etdi.
Son illər Çempionlar Liqasında uğursuz çıxış edirik, amma bu ənənəni pozmalı, çox çalışmalı və mövsümün sonuna kimi yaxşı mövqedə olmalıyıq.
İndi isə əsas məsələ komandadakı motivasiyadır. Futbolçulardan “mən” sözünü eşitmək istəmirəm. Biz bir komandayıq”.
İtaliya A Seriyasında keçirdiyi 23 turdan sonra 39 xal toplayan “Milan”, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin