Futbolçulardan da çox şey asılıdır – Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin Azərbaycan Premyer Liqasında “Keşlə”yə 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Hacıyev qələbəni belə şərh edib:
Adil Nadirovun dünyasını dəyişməsi hamımıza pis təsir göstərdi, ona Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Oyuna gəlincə istəkli başladıq. Oyunumuzu daha da yaxşılaşdırmaq lazımdır. Futbolçularımız da əllərindən gələni etdik. Dövrəyə bu cür başlamağımız yaxşı oldu. Rəqibə uğurlar arzu edirəm.
-3:0 hesabı gözlənilmirdi. Bu, sizin üçün də gözlənilməz oldu?
-Əlbəttə, bu hesabı gözləmirdik. Keçən mövsüm kubok qazanmışdılar. Bu il yeni baş məşqçidir. Rəqibin təcrübəli futbolçuları, məşqçisi var. İnanıram ki, növbəti oyunlarda istədikləri oyunu göstərəcəklər.
-Tərlan Əhmədov dedi ki, rəqib qazanmadı, biz hədiyyə etdik. Bu fikrə münasibətiniz necədir? Bir də oyun planında irəliləyiş varmı?
-Biz öz oyunumuz haqqında danışa bilərik, Tərlan Əhmədovun fikirlərinə şərh verə bilmərəm. Növbəti oyunlarda oyunumuzu yaxşılaşdırmalıyıq. Daha güclü rəqiblərlə oyunda bizə daha çətin olacaq. Qarşıda çox çətin oyunlarımız var.
-Heyətdə bəzi oyunçular sabit deyillər. İstər oyun baxımından, istərsə də emosionallıq baxımından. Ruslan Qurbanov tam formadadır. Bunu qoruyub saxlamaq çətin olmaz?
-Haqlısız, emosiyalar yüksək həddə çatmışdı. Futbolçulardan da çox şey asılıdır. Tək məşq hər şey deyil. Ruslan daha da yaxşı oynaya bilər. Onun potensialına bələdəm.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin