“Futbolçularda güc hiss etdim” – Vüqar Məmməd

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi. Çünki bu cür komandalara qarşı 70 dəqiqə azlıqda oynamaq çox çətindir. Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim.

Bu təlim-məşq toplanışı komanda üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətlərimizi üzə çıxardıq. Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button