“Futbolçularda geriləmə var” – Tərlan Əhmədov

“Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var”.

Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov klubun televiziyasına açıqlamasında deyib.

O, yanvarın 2-də start götürən təlim-məşq toplanışını da dəyərləndirib:

“Təlim-məşq toplanışından çox şey gözləyirəm. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. Çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.

“Kəpəz” hazırlığın ikinci mərhələsi üçün yanvarın 7-də Türkiyəyə yollanacaq. Ayın 19-dək Antalyada məskunlaşacaq gəncəlilər “MTK Budapeşt” (Macarıstan, 14 yanvar), “Novi Pazar” (Serbiya, 16 yanvar) və “Kaysar”la (Qazaxıstan, 18 yanvar) yoxlama görüşlərində qüvvəsini sınayacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button