“Hamımız məyusuq” – Sulşer
İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Bernli”yə 0:2 hesabı ilə məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, oyunla bağlı danışan norveçli mütəxəssis, məyus olduğunu bildirib:
“İlk hissədəki oyun keyfiyyətinə əsasən deyə bilərəm ki, ilk qolu biz vura bilərdik. Belə rəqiblərlə oyunda hesabı ilk siz açmasaz, oyun daha çətin olar. Rəqib çox yaxşı müdafiə olundu. Bəzi oyunlarımız və nəticələrimiz çox yaxşı idi. Oyunumuzu yaxşılaşdırmalıyıq. Futbolçular üçün bu vəziyyət asan deyil. “Mançester Yunayted” kimi klubdasansa, təbii ki, hər zaman tənqid olacaq. Bunlara hazırıq.
Azarkeşlərə gəlincə, onlar hər zaman komandaya dəstək olurlar. Bura gəldiyim ilk gündən bu dəstəyi hiss edirəm. Hamımız məyusuq.
Hazırda 5-ci pillədəyik və davam etməliyik. Hələ çox oyun var, bu qarşılaşmalarda mümkün qədər çox xal toplamaq üçün əlimizdən gələni etməliyik”.
24 turdan sonra 34 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin