İbrahimoviç Səudiyyə Ərəbistanına gedən futbolçuları tənqid etdi
“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç Səudiyyə Ərəbistanı çempionatına keçən futbolçularla bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, İbrahimoviç bəzi oyunçuların karyerasını böyük səhnədə bitiməli olduğunu bildirib:
“Bəzi oyunçular karyeralarını böyük səhnədə bitirməlidirlər, çünki bu, onların karyerasının ən yüksək nöqtəsidir. Futbolçular pulları ilə deyil, istedadları ilə yadda qalmalıdırlar. Biz istedadımızla tanınırıq. Ona görə də, düşünürəm ki, müəyyən səviyyəyə çatan bəzi oyunçular nə vaxtsa dayanmalıdırlar. Daha aşağı səviyyəyə gedib orada davam etməli deyirlər. Amma bəzi futbolçulara bu lazım idi. Onlar kifayət qədər qazanmadıqları üçün daha çox qazanmaq istəyirdilər”.
42 yaşlı İbrahimoviç “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” kimi klublarda forma geyinib.
Bizi Facebook-da izləyin