“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Həftə içində onlar, əsasən də legionerlər canfəşanlıq göstərirdilər, azarkeşləri stadiona dəvət edirdilər. Bu gün yaxşı dəstək var idi. Zeynəb Məmmədyarova, İlham Zəkiyev, Rafael Ağayev, Murad Arif… Onların hər birinə təşəkkür edirəm. Bizim o cür dostlarımız var. Məncə, bizə heç kim dəyə bilməz. Onlar yanımızda olanda başqa motivasiya verir. Oyuna gəldikdə, futbolçular psixoloji olaraq çox yüklənib. Bu, yaxşı deyil. Avropada olmaq istəyirlər. Bunun qarşısını ala bilmərik. Bəlkə də təyziq bu cür oynamağa səbəb olur. Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir. Düşünürəm ki, qol buraxsaq, nələr baş verə bilər. Sına da bilərik. Şükürlər olsun ilk qolu buraxmırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button