“Liverpul”un bu mövsüm motivasiyası çox aşağıdır”

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager Mersisayd təmsilçisinin İngiltərə Premyer Liqasının 19-cu turunun “Brentford”la oyununu (1:3) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “qırmızılar”ın motivasiyasının bu mövsüm aşağı olduğunu dilə gətirib:

“Liverpul”un bu mövsüm motivasiyası çox aşağıdır. Oyunların intensivliyi artdıqca komanda daha uğursuz çıxış edir. Onlar daha yavaş oynamalıdırlar.

Futbolçular oyunların sürətinə uyğunlaşa bilmir. “Liverpul” fiziki durumu çox yaxşı olan komandalarla oyunda problemlər yaşayıb”.

Mersisayd təmsilçisi hazırda turnir cədvəlində 28 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button