
Qvardiola: “Futbolçular keçmişdə etdikləri ilə kifayətlənirlərsə…”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola futbolçularının əhval-ruhiyyəsindən danışıb.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “City Report” nəşrinə açıqlamasında bunları deyib:
“Təkmilləşdirə bilmirsənsə, sadəcə irəli getməli və reallığı qəbul etməlisən. Futbolçular keçmişdə etdikləri ilə kifayətlənirlərsə, inanın ki, çox yanılırlar”.
“Şəhərlilər” ardıcıl 4 dəfə Premyer Liqanı qazanaraq rekorda imza atıb, həmçinin bir çox digər kuboklar əldə edib. Ancaq Qvardiolanın komandası cari mövsümdə çox zəif çıxış edir.
“Mançester Siti” hazırda İngiltərə çempionatının turnir cədvəlində 6-cıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin